AZAL-ın Türkiyədə güclü hava boşluğuna düşən əməkdaşları təltif edildi
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun əmri ilə güclü hava boşluğu zonasına düşmüş reysin ekipajının bütün üzvlərinə təşəkkürnamə təqdim edilib.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, avqustun 7-də İstanbuldan Bakıya yola düşən "Azərbaycan Hava Yolları"nın Airbus A320 təyyarəsi Türkiyə səmasında güclü turbulentlik zonasına düşmüşdü.
"Bu reysin ekipajı sözügedən vəziyyətdə öz ustalığını və peşəkarlığını nümayiş etdirdi. Nəhayət, bütün ekipaj üzvlərini bir araya gətirməyə və onlara layiq olduqları mükafatları təqdim etməyə nail olduq", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Sərnişin təyyarəsini güclü hava boşluğundan çıxaran pilotlarımız mükafatlandırıldı - FOTO
Çərşənbə günü, avqustun 11-də “Azərbaycan Hava Yolları” rəhbərliyi 10 min metrdən çox yüksəklikdə güclü turbulentlik zonasında təyyarənin idarə edilməsi zamanı...