AZAL-ın təxirə salınan daha iki reysinin sərnişinləri Naxçıvana yola düşüblər
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gündən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təxirə salınan daha iki J2-2153 və J2-263 reysinin sərnişinləri Naxçıvana yola düşüblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, əlverişli hava şəraiti olduğu təqdirdə aviaşirkət normal fəaliyyətə qayıtmaq üçün bu istiqamət üzrə qısa müddətdə bütün gecikmiş uçuşları gün ərzində yerinə yetirməyi planlaşdırır.
Gecikmiş reyslərin sərnişinlərindən aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələrində və KİV-də izləmələri və ya callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamaları xahiş olunur”, - deyə məlumatda qeyd edilir.
Oxşar xəbərlər
AZAL reysləri gecikən sərnişinləri Naxçıvana yola saldı - YENİLƏNİB
Ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşları təxirə salınmış sərnişinlərin daşınması üçün AZAL aviaşirkəti Bakı...