AZAL-ın Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

AZAL-ın Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO
Sosial 188

Nazir Rəşad Nəbiyevin sədrliyi ilə “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə BAKU.WS-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasa Müşahidə Şurasının üzvləri, “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin üzvləri və digər rəsmilər qatılıblar.

Onlayn iclas Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

İclasda “Azərbaycan Hava Yolları” QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiqlənib.Eyni zamanda, “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyəti üzrə cari məsələlər haqqında çıxışlar edilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.

AZAL-ın Müşahidə Şurasının növbəti iclası keçirilib - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər