AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Bu il faciənin 32-ci ildönümüdür.
BAKU.WS xəbər verir ki, AZAL-ın əməkdaşları “Ana harayı” abidəsinin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.
Oxşar xəbərlər
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. BAKU.WS xə...