AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində aprelin 28-dən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək. Monteneqronun Tivat şəhərinə - bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri uçuşlar həyata keçiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyеstеrdə qeydiyyatdan keçib. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Orqan D...