AZAL çarter reysi ilə 197 nəfəri Kiyevdən gətirdi - FOTO

14
may
2020
22:15
Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.
AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...
