AZAL Bakı-Tbilisi-Bakı üzrə uçuşlarını cədvəl üzrə yerinə yetirəcək
12
yan
2024
12:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisidə əlverişsiz havaya baxmayaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi və əks istiqamətdə bu günə olan bütün uçuşlarının cədvəl üzrə yerinə yetirilməsi nəzərədə tutur.
Bu barədə BAKU.WS-ə AZAL-dan bildirilib.
Məlumata görə, “Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna bu günə nəzərdə tutulan reysi ləğv edilib.
Qeyd edək ki, sərnişinlər uçuş statusu haqqında əlavə məlumatı Bakı hava limanının veb-saytında və ya aviaşirkətlərlə əlaqə saxlayaraq əldə edə bilərlər.
Oxşar xəbərlər
MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib
Medianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn media subyektlərinə dəstək layihəsi elan edib. Bu barədə MEDİA-dan məlumat verilib. Bildirilib ki, müsabiqələr...