AZAL Azərbaycana gələcək şəxslərlə bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus infeksiyasının yayılmasını minimuma endirmək məqsədilə, Azərbaycana gələn bütün sərnişinlər təyyarəyə minməzdən əvvəl COVID-19 üçün PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.
BAKU.WS-in məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı məlumatda deyilir. Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir.
Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir.
COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər mövcud tələblərə uyğun olaraq daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...