Azad olunan ərazilərin bərpası zamanı nələrə diqqət edilir? - Komitə sədrindən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Azad edilən 12 şəhərdən 8-nin Baş Planı təsdiq olunub, 4 şəhər üzrə isə işlər yekunlaşmaq üzrədir".
Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri bildirib ki, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində yüzlərlə kəndin planlaşdırılması da həyata keçirilir:
"Yaşayış məntəqələrinin ölçüsündən, yerləşdiyi ərazinin coğrafi çətinliklərindən və landşaftından asılı olmayaraq, biz onların hər birini 20 illik inkişaf perspektivi nəzərə alınmaqla planlaşdırmışıq. Məhz bu planlar əsasında həm yenidənqurma aparılır, həm də sakinlərin öz doğma yurdlarına qayıdışı təmin olunur".
Daha ətraflı Baku Tv-nin videomaterialında:
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...