Azad Mirzəcanzadə inkişaf proqramı: İnsan kapitalına və dəyişiklik potensialına investisiya

Azad Mirzəcanzadə inkişaf proqramı: İnsan kapitalına və dəyişiklik potensialına investisiya
Foto
Sosial 98

Müasir cəmiyyətin keçdiyi mürəkkəb dəyişikliklər və artan qeyri-müəyyənlik şəraitində insan kapitalının inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu, təkcə iqtisadi resurs kimi deyil, həm də cəmiyyətin dayanıqlığı, innovasiyalar və ümumi tərəqqisinin təməli kimi önə çıxır. Məhz bu yanaşma çərçivəsində Azad Mirzəcanzadə inkişaf proqramı 2023-cü ildə fəaliyyətə başlayıb. Proqramın əsas məqsədi – Azərbaycanın istedadlı, fəal və sosial yönümlü vətəndaşlarını aşkara çıxarmaq və onların inkişafına dəstək olmaqdır.

Proqram Azərbaycanın intellektual və elmi irsinin simvollarından biri olan akademik Azad Mirzəcanzadənin adını daşıyır. Onun mühəndislik təfəkkürünün, təhsilin və elmi axtarışların etik əsaslarının inkişafına verdiyi töhfə bu gün də öz aktuallığını qoruyur. Proqramın əsas fəlsəfəsi ondan ibarətdir ki, inkişaf yalnız o zaman mümkündür ki, cəmiyyət öz vətəndaşlarının potensialını üzə çıxarmaq üçün şərait yaradır və dəyişikliklərə səbəb olacaq təşəbbüsləri stimullaşdırır.

Seçim meyarları və proqramın fəlsəfəsi

Proqram, 18–35 yaş arası olan, cəmiyyətin inkişafına töhfə vermək arzusu və bu istiqamətdə real ideyaları olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçıların tənqidi və yaradıcı düşüncə bacarıqları, liderlik keyfiyyətləri, eləcə də dəyişkən və çoxşaxəli mühitdə işləmək qabiliyyəti xüsusi önəm daşıyır. Proqramın əsas prinsiplərindən biri layihələrin mövzusu üzrə heç bir məhdudiyyətin olmamasıdır. İştirakçılar elmdən və texnologiyadan tutmuş mədəniyyət, ekoloji təşəbbüslər və sosial ədalətə qədər istənilən sahədə ideyalarını təqdim edə bilərlər. Həm sosial yönümlü, həm də biznes əsaslı layihələr qəbul olunur və dəyərləndirilir.

İştirakçılara təqdim olunan dəstək Azad Mirzəcanzadə inkişaf proqramı çərçivəsində aşağıdakı imkanlar təklif olunur:

-layihənin həyata keçirilməsi üçün 5000 AZN-ə qədər maliyyə dəstəyi;

-sahə üzrə mentorlar və ekspertlərlə əməkdaşlıq;

-iştirakçıların real ehtiyaclarını nəzərə alan təlim proqramlarında iştirak;

-multidissiplinar cəmiyyətə çıxış və gələcək əməkdaşlıq imkanları.

Müraciətlər onlayn qaydada qəbul olunur. İştirak etmək istəyənlər anketi doldurmalı, CV-lərini və layihənin mahiyyəti ilə yanaşı motivasiyalarını əks etdirən qısa video təqdimat göndərməlidirlər. Proqrama həm fərdi qaydada, həm də komanda şəklində qoşulmaq mümkündür.

Niyə bu proqram vacibdir?

Azad Mirzəcanzadə inkişaf proqramı bir neçə strateji funksiyanı yerinə yetirir. Birincisi, ideyaların reallaşması üçün mövcud olan maneələri aradan qaldırır.

İkincisi, təşəbbüskarlıq, refleksiya və sosial məsuliyyət mədəniyyətini gücləndirir. Üçüncüsü, yalnız peşəkar deyil, həm də ictimai dəyərlərə əsaslanan düşüncə sisteminə malik gənc liderlər ekosistemini formalaşdırır.

Bu baxımdan proqram insanın şəxsiyyət, peşə və vətəndaş kimi inkişafı üzərindən gələcəyin davamlı şəkildə qurulmasına nümunə hesab oluna bilər.

Birinci dalğanın nəticələri və təcrübəsi

Proqramın 2024-cü ildə başa çatan ilk mərhələsində altı qalib müəyyən olundu. Onların hər biri öz təşəbbüslərini reallaşdırmaq üçün həm maliyyə, həm də ekspert dəstəyi ilə təmin olundu. Bununla yanaşı, iştirakçılar həm peşəkar, həm də şəxsi inkişafı təşviq edən bir sıra təlimlərdə iştirak etdilər. Bu təcrübə proqramın nə qədər təsirli və məqsədyönlü olduğunu bir daha sübut etdi. Azad Mirzəcanzadə inkişaf proqramı yalnız ideyaların reallaşdırılmasına deyil, eyni zamanda ortaq dəyərləri bölüşən insanların güclü bir icmasının formalaşmasına xidmət edir.

Əgər Azad Mirzəcanzadə inkişaf proqramının məqsəd və dəyərləri sizə yaxındırsa və cəmiyyət üçün faydalı olduğuna inandığınız sosial və ya biznes yönümlü ideyanız varsa, bu fürsəti qaçırmayın. Proqram ictimai dəyərlərə əsaslanan təşəbbüslərlə çıxış etməyə hazır olan hər kəsə açıqdır. 

Müraciət üçün son tarix - 21 aprel 2025-ci ildir. 

Qeydiyyat üçün keçid  linki. (https://docs.google.com/forms/d/1W6ibOzJxv26QmFih_l-urU2OvrD0kNg71kd1kkuRwxY/viewform?edit_requested=true

Oxşar xəbərlər

"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ

"Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ

"2025-2026-cı tədris ilindən etibarən "Məktəbli avtobusu" layihəsi tətbiq olunacaq". Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Nazirin sözlə...

46 Sosial 23:55 15 aprel 2025

Son xəbərlər