"Ayağını qoyursan, mərmər qopur" - "Şamaxinka"da təhlükə yaradan piyada keçidi ləğv ediləcək?
Bakıda, Moskva prospektinin "Şamaxinka" adlanan hissəsində Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəyə əsasən, nəqliyyatın hərəkətinin təşkilində bir sıra dəyişikliklər nəzərdə tutulur.
Bu çərçivədə əraziyə yeni işıqforun quraşdırılması planlaşdırılır.
Lakin "Şamaxinka"nın ən ciddi problemlərindən biri hazırkı yerüstü piyada keçididir.
Sakinlərin sözlərinə görə, keçid quraşdırılmadan əvvəl onlar eynisəviyyəli keçid vasitəsilə yolu qarşı tərəfə daha rahat keçə bilirdilər. Yeni piyada keçidi istifadəyə verildikdən sonra isə yolun keçilməsi həm çətinləşib, həm də təhlükəli vəziyyətlər yaranıb.
Sakinlər bildirirlər ki, yerüstü keçidin pilləkənləri çox narahatdır, mərmər örtüyü isə sınıq olduğundan ayaq qoyarkən qopub düşür. Həmçinin güclü küləkli havalarda keçiddən istifadə etmək xüsusilə çətin olur.
"Hamı bu yoldan istifadə edir. Pilləkənlər çox narahat, mərmərlər sınıqdır. Ayaq basanda dağılır. Keçən dəfə külək az qala bir ananın əlindən uşağı yerə salacaqdı", - sakinlərdən biri narazılığını ifadə edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Mingəçevir sakinlərini yollarla bağlı SEVİNDİRƏCƏK XƏBƏR
Mingəçevir şəhərində yollar əsaslı şəkildə təmir ediləcək. BAKU.WS-in məlumatına görə, əsaslı təmir Hüseyn Abbasəliyev küçəsi və həmin küçənin bütün döngələrind...