Ayağına tüpürcək inyeksiya edilən qadının əlillik təyinatı aparılıb? - Agentlik rəsmisi AÇIQLADI
"Həyat yoldaşı tərəfindən ayağına tüpürcək inyeksiya edilən Ruhiyyə Mahmudovaya orqanizm funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov deyib.
O bildirib ki, R.Mahmudova əlilik təyinatınatına uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunacaq:
"Kürdəmir rayon sakini, 1988-ci il təvəllüdlü Ruhiyyə Aydın qızı Mahmudovanın əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən "Forma-88" göndərişində ekspertiza üçün önəmli məlumatlar ətraflı qeyd edilmədiyinə görə elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Bu səbəbdən də 28.11.2024-cü il tarixdə vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti tərəfindən evində əyani müayinə edilib. Ruhiyyə Mahmudovanın müayinə nəticəsinə əsasən, qanunvericiliyə müvafiq olaraq ona orqanizm funksiyalarının 85% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb. Vətəndaş buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunacaq".
Oxşar xəbərlər
Valideynlər üçün səssiz təhlükə: Azyaşlıları "Mavi Balina" kimi oyunlardan necə qoruyaq?
Bir zamanların kabusu yenidən geri dönür? Söhbət "Mavi Balina"dan gedir. Bəlkə də, əslində, heç aramızdan ayrılmamışdı, sadəcə, qurbanlarını bir-bir seçirdi. Bi...