Avtomobil təmiri sexində fəaliyyət göstərən pendir və yağ istehsalı müəssisəsi aşkarlanıb

Avtomobil təmiri sexində fəaliyyət göstərən pendir və yağ istehsalı müəssisəsi aşkarlanıb
Sosial 227
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən İmişli rayonu ərazisində “Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol kənarı R11” ünvanında fiziki şəxs Ağayev Bəşir Ələsgər oğluna məxsus pendir və yağ istehsalı müəssisəsinə baxış keçirilib. BAKU.WS AQTA-ya istinadən xəbər verir ki, ilkin baxış zamanı müəssisənin avtomobil təmiri sexində baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına, eləcə də qüvvədə olan hüquqi normativ aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə pendir və yağ məhsullarının heç bir laborator müayinəyə cəlb edilmədən, soyuq zəncir rejiminə əməl olunmadan və üzərində etiketləşdirmə aparılmadan istehsal olunduğu aşkarlanıb.Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam edir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AQTA 76 obyektdə kobud pozuntular aşkarladı

AQTA 76 obyektdə kobud pozuntular aşkarladı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Res...

178 Sosial 19:07 13 avqust 2020

Son xəbərlər