Avrora Qrup kimsəsiz uşaqların üzündə təbəssüm yaratmağa davam edir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Avrora Qrup Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə kimsəsiz uşaqları öz diqqət və sovqatı ilə sevindirib. Şirkət bu dəfə “Nur” uşaq evi və “Sevgi” uşaq sığınacağını ziyarət edib.
Avrora Qrup Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” uşaq evindəki uşaqlar üçün bayram hədiyyələri və oyuncaqlar göndərib.
Hədiyyələr uşaqlara uşaq evinin əməkdaşları tərəfindən təqdim olunub. Bununla yanaşı şirkət uşaq evinə ərzaq məhsulları, gigiyenik vasitələr, ilkin tibbi yardım üçün ləvazimatlar da göndərmişdir.
Sabunçu rayonunda yerləşən “Sevgi” uşaq sığınacağında məskunlaşan uşaqlar üçün isə şirkət tərəfindən qış geyimləri (üst geyim, şalvar, köynək, ev geyim dəsti) göndərilib.
Avrora Qrup uşaqlara 2020-ci ilin “Korporativ sosial məsuliyyət” proqramında xüsusi yer ayırmış və bu istiqamətdə silsilə tədbirlər həyata keçirmişdir. “Korporativ sosial məsuliyyət” proqramının məqsədi sosial təminatı zəif və kimsəsiz uşaqlara müxtəlif istiqamətlərdə dəstək olmaq, onları daim diqqətdə saxlamaq və təbəssümlərinin səbəbi olmaqdır.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...