“Avrora” MMC-də qanvermə aksiyası keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Avrora” MMC-nin mərkəzi ofisində könüllü qanvermə aksiyası keçirilib. Avrora Qrup və Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada şirkətin istehsal, ofis və satış əməkdaşları iştirak edib.
Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub.
Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.
Qeyd edək ki, qanvermə aksiyası zamanı əldə edilən qan talassemiya və hemofiliya xəstəliyinə görə müalicə olunan uşaqlara göndəriləcəkdir.
#bizbirlikdəgüclüyük #mükəmməllikmümkündür #AvroraMMC #AvroraQrup
Qalereya
Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...