Avropanın ən hündür zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

Məşhur azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu maraqlı paylaşımı ilə diqqət mərkəzinə düşüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Avropanın ən yüksək nöqtəsi Elbrus zirvəsini növbəti dəfə fəth edən alpinist orada olduğu zaman “Qarabağ Azərbaycandır!” şüarı səsləndirib və bunun video görüntülərini şəxsi səhifəsində paylaşıb.
Qeyd edək ki, dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı olan İ.Aşurlu eyni zamanda dünyanın bütün qitələrinin ən hündür zirvələrinə qalxan doqquzuncu alpinistdir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
