Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub

Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub
Foto
Sosial 90

Bütün dünyada Xocalı soyqırımı qurbanlarının anım tədbirləri davam edir.

BAKU.WS Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, həmvətənlərimiz Almaniyanın Helzenkirxen, Köln, Berlin və digər şəhərlərində fəaliyyət göstərən məscidlərə gedərək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Tədbirlərdə Xocalı soyqırımı haqqında məlumat verilib və 1992-ci ilin 26 fevral tarixində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş vəhşiliklər pislənilib, insanlığa qarşı cinayət adlandırlıb.

Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən həmvətənlərimiz faciə qurbanlarının ruhuna dualar oxuyub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər