Astmanın dərmanı: şam qozasının mürəbbəsi – HAZIRLANMA QAYDASI

Astmanın dərmanı: şam qozasının mürəbbəsi – HAZIRLANMA QAYDASI
Sosial 5983

Əksəriyyətimizin əyləncə, bəzək əşyası kimi baxdığı şam ağacı qozası əslində sağlamlıq üçün çox faydalıdır. Təzə şam ağacı qozaları hələ qədim zamanlardan astma, bronxit, soyuqdəymə, oynaq xəstəlikləri zamanı geniş istifadə olunur. Şam qozası fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə iltihab və mikrobəleyhinə təsir edir, immun sistemini gücləndirir. Bundan əlavə şam ağacının qozalarında çox nadir və qiymətli "tanin” maddələri var ki, onlar insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir.

Şam qozaları dəmləmə şəklində istifadə olunur. Bundan başqa ondan mürəbbə də hazırlanır. Ailem.az şam qozası mürəbbəsinin hazırlanma qaydasını təqdim edir. Resepti həkim Mahir Orucov şəxsi facebook səhifəsində paylaşıb.

Qeyd edək ki, şam qozalarının əsasən may ayının sonunda, təzə-təzə yığılması məsləhətdir.

Qozalar təmiz yuyulur, dörd yerə bölünür.Üzərinə çıxana qədər qaynar su tökülür və 10 saat ağzı bağlı saxlanılır. Sonra qaynadılır, yenə 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır. Sonda qozaların yığıldığını görəcəksiniz. Qozaları sudan çıxarıb atın, suyuna uyğun – 1 litrə 1 kq şəkər tozu əlavə edin, təxminən bir saat bişirin. Yəni bu mürəbbənin ancaq suyu bəhməz kimi istifadə olunur.Mürəbbə dərman qədər təsirli olduğundan gün ərzində sadəcə 1-2 qaşıq çaya, suya əlavə edib içmək olar.

Şam qozasının mürəbbəsi öskürəyə, ciyərlərə, bronxlara olduqca xeyirlidir, hətta astma xəstəliyini müalicə edir.

BAKU.WS

Son xəbərlər