"ASAN xidmət" mərkəzlərində alternativ enerjidən istifadə olunacaq

"ASAN xidmət" mərkəzlərində alternativ enerji mənbələrinə keçid" layihəsi ilə bağlı noyabrın 2-də təqdimat mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan edilmiş 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində reallaşdırılan təşəbbüslər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır. Həmçinin Azərbaycan, 2030-cu il Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlərin 5-ci prioriteti olan "Təmiz ətraf mühit və yaşıl artım" hədəfinə də xüsusi önəm verilir.
Layihənin tezliklə bütün "ASAN xidmət" mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Metobolizmə səbəb olan faktorlar
Bir çox insan çox yemədiyi halda kökəldiyini deyir. "Az yeyirəm, amma yenə də çəki alıram" ifadəsi, əksər hallarda maddələr mübadiləsi ilə əlaqələndirilir. Bəs...