“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqənin yekun nəticələrinə əsasən komandamız üçüncü yerə layiq görülüb. Qazaxıstan komandası birinci, Rusiya komandası isə ikinci yeri qazanıb.
Bundan başqa polkovnik-leytenant Əhmədov Namiq "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olublar.
Qalib komandalara mükafatlar təqdim olunub.
Mərasimdən sonra “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.
Qalereya
Oxşar xəbərlər
İran dünyaya meydan oxudu - FOTO
İranın paytaxtı Tehranda Müqəddəs Müdafiə Həftəsinin başlanması münasibətilə İslam Respublikasının qurucusu Ayətullah Xomeyninin türbəsi önündə hərbi parad keç...