“Artilleriya atəşinin ustaları” müsabiqəsində komandamız gecə atışları icra etdi

“Artilleriya atəşinin ustaları” müsabiqəsində komandamız gecə atışları icra etdi
Sosial 39

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi davam edir.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, 9 ölkənin iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı icra edilib.

Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.

Hərbçilərimiz bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib.

İkinci mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Rusiya ikinci, Azərbaycan artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi üç mərhələdən ibarətdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - FOTO

Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - FOTO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə artilleriyaçılarımızın hazırlıqları...

107 Sosial 18:44 21 avqust 2021

Son xəbərlər