AQTA zərərli iddia olunan portağallarla bağlı məsələyə aydınlıq gətirdi
"Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"Bəzi media səhifələrində portağal məhsulunun üz qabığının parlaq olması və qırmızımtıl iz buraxması barədə məlumatlar dərc olunub.
Bütöv halda olan meyvə və tərəvəzlərin zərərli orqanizmlərdən qorunması və əmtəə görünüşünün yaxşılaşdırılması məqsədilə qanunvericiliklə təsbit olunmuş bir sıra qida əlavələrindən (rəngləndirici) istifadə edilir.
Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır.
Bu qida əlavələri yalnız istifadə şərtlərinə uyğun tətbiq edildikdə, heç bir zərərə səbəb olmur.
FAO və ÜST-ün "Qida əlavələri üzrə ekspert Komitəsi" tərəfindən uzun illər davam edən risk təhlilləri nəticəsində təsdiq olunmuş bu qida əlavələri yalnız müəyyən edilmiş hədd çərçivəsində istifadə oluna bilər.
Ölkəmizdə bu istiqamətdə müvafiq nəzarət və tənzimləmə tədbirləri AQTA tərəfindən davamlı olaraq həyata keçirilir" , - məlumatda bildirilir.
Oxşar xəbərlər
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Paytaxt bazarlarında qaymaq tapmaq çətinləşib. BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq qaymağ...