AQTA-da bir sıra kadr dəyişikliyi olub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişikliyi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, sədr Qoşqar Təhməzlinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.
Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.
H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. 2021-2025 illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda baş direktorun katibliyində çalışıb.
Oxşar xəbərlər
Bakı sakinlərinin nəzərinə: Metronun yeni stansiyalarının tikildiyi ərazilərdə mənzil qiymətləri qalxacaq
Bakı metrosunun yeni stansiyalarının tikintisi həmin ərazilərdə mənzil və torpaq qiymətlərinə ciddi təsir göstərəcək. BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir...