AQTA 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb.
Bu barədə BAKU.WS-ə qurumdan məlumat verilib.
Bildirilib ki, 18-19 iyul tarixlərində agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində və İsmayıllı, Masallı, Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...