Apteklərdə dərmanlar niyə tapılmır? - Səhiyyə Nazirliyi AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların satışda tapılmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən report-un sorğusuna cavab olaraq bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.
Qeyd olunub ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: "Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".
Oxşar xəbərlər
Apteklərdə Nimesil, ACC, termometr niyə tapılmır? - Azərbaycanda dərman böhranı
Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bununla yanaşı, payız-qış mövsümü bir sıra qrip və kəskin respirator virus infeks...