Antiterror əməliyyatlarında şəhid olan Samir Sadıqovun övladı doğuldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda daha bir şəhid övladı dünyaya göz açıb.
BAKU.WS xəbər verir ki, iki gün əvvəl TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Şəhid Samir Sadıqovun oğlu doğulub.
39-cu həftəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin cinsiyyəti kişi, çəkisi 2.880 kq, boyu 58 sm-dir.
Ona Amir adı verilib. Amirin yola salınma mərasimində Yeni Klinika və YAŞAT Fondu əməkdaşları iştirak edib.
Məlumat üçün bildirək ki, körpənin atası şəhid Sadıqov Samir Cəbrayıloğlu 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub.
Oxşar xəbərlər
TƏBİB-in idarə olunması qaydası müəyyənləşib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsin...