Anna Falu: "Dünyanın hər yerində qadınlar ayrı-seçkiliyə məruz qalır, mənzil hüququ əldə etməkdə maneələrlə üzləşir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Dünyanın hər yerində qadınlar və qızlar var ki, onlar kimlik, irq, etnik mənsubiyyət, yaş, əlillik və digər fərqləndirici xüsusiyyətlər səbəbilə çoxsaylı sistemli ayrı-seçkiliyə məruz qalırlar və adekvat mənzil hüququnu əldə etməkdə ciddi maneələrlə üzləşirlər".
BAKU.WS xəbər verir ki, bu sözləri Latın Amerikası Qadınlar və Məskunlaşma Şəbəkəsinin (Women and Habitat Network) həmtəsisçisi Anna Falu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində deyib. O qadınların üzləşdiyi "görünməz əmək" yükünün onların həyatında mühüm rol oynadığını vurğulayaraq, gender əsaslı zorakılıq və reproduktiv sahədə yaşanan problemlərin bir-biri ilə bağlı olduğunu qeyd edib.
Falunun sözlərinə görə, qadınların siyasət proseslərində nəzərə alınmaması qlobal bərabərsizliyi daha da dərinləşdirir və bu səbəbdən qadınların rolu dövlət siyasətlərinin mərkəzinə gətirilməlidir. O əlavə edib ki, şəhərlərdə, yoxsulluq bölgələrində və sürətlə genişlənən urban ərazilərdə hərtərəfli "qulluq sistemləri" yaradılmalı, bu sistemlər icma təşkilatlanması və sosial şəbəkələr əsasında qurulmalıdır. Falu onu da vurğulayıb ki, ailə daxilində qulluq təmin olunmadıqda bu boşluğu icma strukturları doldurur və buna görə də qulluq məsələsi şəhər planlaşdırılması və mənzil dizaynına inteqrasiya edilməlidir.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...