Ankarada Xocalı abidəsi ucaldıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı Abidəsinin açılışı olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı şəhərin "Türk dünyası" meydanında keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Keçiören Bələdiyyəsinin sədri Turqut Altınok, Ankara Universitetinin rektoru Necdet Ünüvar və hakim Ədalət və İnkişaf Partiyasından deputat Yaşar Karadağ çıxış ediblər.
Səfir Rəşəd Məmmədov çıxışı zamanı Xocalı Soyqırımı kimi vəhşiliklərin bir daha təkrarlanmaması üçün bu soyqırımın xalqımız tərəfindən unudulmamasının, dünya ictimai rəyinin belə əməllərə qarşı daha həssas olmasının vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində soyqırım qurbanlarının xatirəsi yad edilib və Xocalı Abidəsinin də açılışı olub.
Qalereya
Oxşar xəbərlər
Ombudsman Aparatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
Ombudsman Aparatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. BAKU.WS xəbər verir ki, bəyanatda deyilir: "XX əsrin ən dəhşətli faciələrindən...