“Ani diqqətsizlik və qəza hadisələri yollarda hərəkətin ləngiməsinə səbəb olur” - NİİM + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ani bir diqqətsizlik nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi yollarda hərəkətin ləngiməsinə və sıxlığın yaranmasına səbəb ola bilir.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumat da deyilir.
Qeyd olunub ki, ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları ilk sıralardadır. İnsan həyatının təhlükəsizliyi baxımından önəmli olan qəzalar həmçinin sıxlıq və tıxacların yaranmasına səbəb olur. Şəhərdə ən çox istifadə edilən yollardan biri Ziya Bünyadov prospektidir. Gün ərzində təxminən 200 000-ə yaxın nəqliyyat vasitəsi bu yoldan istifadə edir. Aparılan müşahidələrə əsasən, hər həftə Ziya Bünyadov prospektində orta hesabla 20-25 yol-nəqliyyat hadisəsi baş verir ki, bu da yolun həddən artıq yüklənməsinə, sıxlıq və ya tıxacın yaranmasına və beləliklə hərəkət iştirakçılarının zamanında mənzil başına çatmamasına gətirib çıxarır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlardan bir daha xahiş edir ki, həm öz həyat və sağlamlıqlarını qorumaq üçün, həm də yollarda fasiləsiz və rahat hərəkətin təmin olunması üçün yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və digər hərəkət iştirakçılarına qarşı nəzakətli davransınlar.
Oxşar xəbərlər
Avto-icbari sığorta üzrə mühüm yenilik: Zərərçəkənə ödənişi öz sığortaçısı ödəyəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı...