Ancelina Colinin rol aldığı serialda azərbaycanlı aktrisa da yer alıb
Ancelina Colinin rol aldığı serialda azərbaycanlı aktrisa da yer alıb.
BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, "Hayat körpüsü” adlanan serialın baş qəhrəmanları "Nargis” jurnalının keçmiş baş redaktoru, aktrisa Könül Nağıyeva və aktyor Mustafa Yabaş olacaq.
Könül ekran işində Əzizə obrazını canlandıracaq. Layihə TRT 1-də 3 sezon davam edəcək, suriyalı qaçqınların həyatından bəhs edəcək.
Serialda bir neçə bölümlük Ancelina Coli, Nensi Ajram, Perihan Savaş rol alacaq. Əvvəlcə Kriştianu Ronaldonun layihədə yer alacağı barədə məlumat yayılsa da, futbolçu açıqlamasında serialda rol almayacağını söyləyib.
Artıq ekran işinin tanıtım videosu isə Gaziantepdə çəkilib.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Ancelina Coli və Ronaldonun çəkiləcəyi türk serialı məlum oldu
Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo və Hollivudun məşhur aktrisası Ancelina Coli Türk serialındə çəkiləcək. BAKU.WS xəbər verir ki, "Həyat Körpüsü"...