Bu da Ancelina Coli və Bred Pittin boşanma ərizəsi (FOTO)

Bu da Ancelina Coli və Bred Pittin boşanma ərizəsi (FOTO)
Şou-biznes 2432

Məşhur cütlük Ancelina Coli ilə Bred Pittin boşanma ərizəsi üzə çıxıb.

BAKU.WS  xarici mətbuata istinadən xəbər verir ki, aktyorla 12 ildir birgə olan Coli ötən bazar məhkəməyə müraciət edərək boşanmaq istədiyini bildirib. 

Ancelina Coliyə yaxın olan mənbənin bildirdiyinə görə, bu qərar onun üçün çox ağır olub. Çünki Ancelina Pitti hələ də sevir. Sadəcə, o, hazırda ancaq uşaqlarını düşündüyü üçün bu addımı atmaq məcburiyyətində qalıb. 

Ərizədə 41 yaşlı aktrisa boşanmaq üçün səbəb kimi "Ailədaxili münaqişələr"i göstərib. Vəkil Laura Uasser uşaqların himayəsinin də Colidə qalmasını tələb edib.

İddialara görə, 52 yaşlı B.Pitt uşaqları ilə yola getmir, onlara qarşı zorakılıq nümayiş etdirirmiş. Colinin boşanmaq istəyi də bundan qaynaqlanır. Hətta dünən aktyora qarşı cinayət işi də açılıb.

Aytən.H

BAKU.WS  

Oxşar xəbərlər

Bred Pitt Coli ilə boşanma xəbərindən danışdı (FOTO)

Bred Pitt Coli ilə boşanma xəbərindən danışdı (FOTO)

Haqlarında ən çox danışılan cütlük olan Bred Pitt və Ancelina Coli boşanma qərarı alıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Ancelina əri Bredin o...

1494 Şou-biznes 11:33 21 sentyabr 2016

Son xəbərlər