Filippində boşanmağın qanuniləşdirilməsi tələbilə mitinq keçirilir

Filippində boşanmağın qanuniləşdirilməsi tələbilə mitinq keçirilir
Şou-biznes 1242

Filippin xalqı etiraz aksiyası keçirib.

BAKU.WS məlumat verir ki, Filippin xalqı boşanmağa qoyulan qadağa ilə bağlı qanuna dəyişiklik edilməsini tələb edir. Vatikandan sonra Filippin yeganə ölkədir ki, orda boşanmaq rəsmən qadağan edilib. Xalq boşanmağın rəsmiləşdirilməsini istəyir. Ancaq din xadimləri və siyasətçilər buna qarşıdır.

Filippində yalnız müsəlmanlar boşanma haqqına sahibdir. Müsəlmanlar da təxminən əhalinin yüzdə beşini təşkil edir. Boşanmaq üçün vətəndaşların yalnız iki çıxış yolu var: ya evliliyinə son vermədən ayrılacaq, ya da evliliyini ləğv etdirəcək. Amma belə olan halda hər iki tərəfin ikinci dəfə evlənmək şansı olmur.

Santos adlı bir vətəndaş həyat yoldaşından ayrılmaq üçün nə az nə çox 3 min dollar məbləğində pul xərcləyib. Maria adlı bir xanım isə 10  min dollar ziyana düşüb. Evliliyi ləğv etdirmək üçün həkimdən iki tərəfdən birinin psixoloji vəziyyəti ilə bağlı mütləq kağız alınmalıdır. 

Bu kimi çətinliklərlə üzləşməmək üçün Filippin xalqı boşanmaq haqqında olan qanuna dəyişiklik edilməsini, boşanmağın rəsmləşdirilməsini istəyir.

Ayşən Ayxan 

BAKU.WS 

Oxşar xəbərlər

Bakıda biabırçı hadisə: Sevgililərilə cinsi əlaqədə olub telefona çəkdi

Bakıda biabırçı hadisə: Sevgililərilə cinsi əlaqədə olub telefona çəkdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki sevgilisi ilə intim münasibətdə olub sonradan onları şantaj etməkdə təqsirləndirilən 29 yaşlı Anar Məmmədovun cinay...

20063 Hadisə 16:19 03 sentyabr 2015

Son xəbərlər