Anar Musa Yaquba fəxri ad istədi
08
apr
2019
14:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə sevilən şair Musa Yaquba xalq şairi adı veriləcəyi ilə bağlı məlumatlar yayılıb. Çoxdandır gözlənilən bu məlumat hər kəs tərəfindən sevinclə qarşılanıb.BAKU.WS kult.az-a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumatı qismən təsdiqləyib. X.Rza bildirib ki, şair M.Yaqubun “xalq şairi” fəxri adı alması üçün AYB-nin sədri yazıçı Anar təqdimat hazırlayıb:“Anar bəy bununla bağlı təqdimat hazırlayıb. Şairə fəxri adın nə zaman veriləcəyi haqda isə bir söz deyə bilmərik”.Musa Yaqubun yaxın çevrəsindən aldığımız məlumata görə, şair özü də bu xəbərdən məmnunluğunu gizlətməyib.BAKU.WS
Oxşar xəbərlər
Tanınmış şair Musa Yaqubun vəziyyəti ağırdır - VİDEO
Ağır parkinson xəstəliyindən əziyyət çəkən tanınmış şair Musa Yaqub öz şerlərini deməkdə belə çətinlik çəkir.82 yaşında olan şair hazırda anadan olduğu İsmayıll...