ANAMA 1,7 milyon manata yeni geyim formaları ALACAQ
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşların xidməti geyimlə təmin edilməsi üçün iri həcmli satınalma prosesinə start verib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, qurum minaaxtaranlar və digər texniki heyət üçün ümumi dəyəri 1 milyon 700 min manatdan çox olan müxtəlif geyim formaları alacaq.
Staınalma çərçivəsində həm yay, həm də qış mövsümü üçün minaaxtaran dəstləri, uzun qış gödəkçələri, mexaniki minatəmizləmə qrupları üçün yarımkombinezonlar, həmçinin xadimələr üçün xüsusi formalar alınacaq.
Yeni geyim və avadanlıqların alınması minatəmizləmə prosesində çalışan əməkdaşların təhlükəsizlik səviyyəsini artıracaq, ağır və riskli iş şəraitində daha rahat və standartlara uyğun fəaliyyət göstərmələrini təmin edəcək. Həmçinin qış-yay formalarının yenilənməsi əməliyyatların bütün mövsümlərdə fasiləsiz və effektiv aparılmasına kömək edəcək.
Oxşar xəbərlər
Azərbaycanda müəllimlərə maaşla bağlı ŞAD XƏBƏR
"Yeni büdcə müəllim maaşlarına birbaşa təsir göstərə bilər. Dünyada təhsilə xərclənən vəsaitin 60–80 faizi əmək haqqına gedir və Azərbaycan üçün də bu struktur...