Ana və atasına fərqli tibbi arayışlar verilən uşaqla bağlı yeni xəbər
Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikada sağlamlıq haqqında tibbi arayışın yanlış verildiyi iddia olunan uşağın son vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a "Yeni Klinika"dan bildirilib.
Bildirilib ki, yanvarın 27-si saat 14:30-da 2011-ci il təvəllüdlü şəxs (kişi) "Yeni Klinika"ya hospitalizasiya olunub:
"Hazırda müalicəsi Uşaq reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyəti ağır, lakin stabil olaraq qiymətləndirilir. Tibbi göstərişə uyğun olaraq dializ proseduru icra olunur, eyni zamanda pasiyentə kardioloji müayinələr və müvafiq müalicə tədbirləri aparılır.
Müalicə prosesi multidisiplinar həkim komandası tərəfindən nəzarətdə saxlanılır və vəziyyətinə uyğun olaraq zəruri tibbi müdaxilələr davam etdirilir".
Xatırladaq ki, yanvarın 16-da Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikası ilə bağlı ciddi iddia səsləndirilib. İddiaya görə, sözügedən poliklinika uşağın sağlamlığı ilə bağlı ata və anaya fərqli, bir-birinə zidd tibbi sənədlər təqdim edib.
Yanvarın 19-u Bakı Baş Səhiyyə Mərkəzindən bildirilib ki, sözügedən xəta 4 nömrəli Uşaq Poliklinikasının baş həkimi tərəfindən aşkar edilib, həmin həkim barəsində müvafiq tədbir görülüb.
Oxşar xəbərlər
Bakıda tıxacları aradan qaldıracaq YENİ TƏKLİF
Dünya təcrübəsi göstərir ki, iri şəhərlərdə ictimai nəqliyyatın səmərəli və dayanıqlı idarə olunması üçün vahid rəqəmsal dispeçer mərkəzlərinin yaradılması əsas...