"Ana, haqqını halal et" - 21 yaşlı şəhid Tural Məmmədov qəhrəmanlıqla ölümsüzləşdi
21 yaşlı Tural Məmmədov Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq ön cəbhəyə yollanan igid oğullardan biri olub.
Onun döyüş yolu Füzulidən başlayaraq, Şuşaya qədər uzanıb. Şuşadakı son döyüş zamanı ürəyindən aldığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Şəhidin anası Könül Həsənova Baku TV-yə müsahibəsində bildirib ki, oğlu müharibə zamanı neçə-neçə yaralı əsgəri xilas edib.
"Həmişə ailəli, övladı olan əsgərlərə deyirdi ki, "siz arxada durun, mən öndə dayanaram". Sonuncu dəfə mənə noyabrın 5-i - ad günündə zəng vurdu və "ana, haqqını halal et" dedi. Bu söz heç vaxt yadımdan çıxmır", - deyə Könül Həsənova əlavə edib.
Şəhid Tural Məmmədov Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən H.Əliyev adına Neft Emalı Zavodunun "Müvəqqəti Mo...