Amerikalı yazar 5 yaşlı azərbaycanlı qıza təşəkkür etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı yazar və hüquq müdafiəçisi, Robert Kennedi Fondunun prezidenti Kerri Kennedi 5 yaşlı azərbaycanlı qıza təşəkkür edib.
BAKU.WS xəbər verir ki, onu bu addımı atmağa Əsma Hüseynzadənin çəkdiyi rəsm və dünyaya verdiyi mesaj olub.5 yaşlı Əsma Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bütün dünyada COVID 19 virusu ilə mübarizəyə həsr edilmiş rəsm müsabiqəsinin iştirakçısıdır. Balaca qızcığaz müsabiqəyə təqdim etdiyi rəsm ərəsində Günəşin ağzını maska ilə bağlayaraq, dünyaya “Gəlin, Günəşimizi qoruyaq” mesajını verib.
Rəsm müsabiqəsi qısa müddətdə beynəlxalq ictimai marağa səbəb olub. Kerri Kennedi kiçik iştirakçı Əsma Hüseynzadənin rəsmindən və mesajından təsirlənərək öz "Twitter" hesabında Əsmanın çəkdiyi rəsmi paylaşaraq, ona təşəkkür mesajı ünvanlayıb.
Oxşar xəbərlər
Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır
Çinin Azərbaycandakı səfiri Guo Min yeni növ koronavirus pnevmaniyası ilə bağlı Azərbaycanın əsas media nümayəndələrinə birgə yazılı müsahibə verib. BAKU.WS müs...