AMEA-nın işçilərinin maaşları 15 faiz artırılıb
13
yan
2023
11:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və Aparatının rəhbər və digər işçilərinin aylıq vəzifə maaşları artırılıb.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncamda öz əksini tapıb.
Sərəncama əsasən, AMEA-nın Gəncə bölməsinin Aparatının da rəhbər və digər işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Artımlar 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz təşkil edir.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...