AMEA-da yeni təyinatlar olub
AMEA-da yeni təyinatlar olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Radiasiya Problemləri İnstitutunun Elmi işlər üzrə direktor müavini Hökmən Mahmudov, Baş mühasib Şəfa Qasımzadə, Kadrlar İdarəsinin rəisi Lətifə Qocayeva vəzifələrindən azad olunublar.
Bundan başqa Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.
Radiasiya Problemləri İnstitutunun idarəçiliyi muvəqqəti olaraq AMEA-nın Akademik katibi Adil Qəribova tapşırılıb.
Oxşar xəbərlər
Əmircan sakinlərini narahat edən PROBLEM: Qurumlar niyə biganə yanaşır?
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yaşayan sakinlər illərdir həllini tapmayan problemlərlə üz-üzə qaldıqlarını bildirirlər. Onların s...