Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verib
Yeniliklərdən dərhal xəbərdar olun
Qafqaz Müsəlmanları İdarəsininin sədri Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında qan verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, İdarədə təşkil olunan aksiyada Şeyxülislamla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar da qan verib.
Xatırladaq ki, bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.
Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.
*** 11:28
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.
BAKU.WS xəbər verir ki, qanvermə aksiyasında QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar iştirak edir.
Qeyd edək ki, ölkə üzrə ümumilikdə 22 məscid və ziyarətgahda, 15 tibb müəsisəsində qanvermə aksiyası təşkil olunub.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...