Allahşükür Paşazadə: "Şuşa məscidində şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər"
13
may
2021
10:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ torpağında olan bütün dini abidələrimiz bərpa olunacaq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.
"Şuşadan gələn azan səsi bizi çox sevindirir. Bu gün Şuşa məscidində bizim şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər. Bu, rəmzi idi. Allah bizə nəsib edəcək, həm Şuşada, həm də azad olunan digər yerlərdə birlikdə ibadətlər edəcəyik", - o əlavə edib.
Oxşar xəbərlər
Təzəpir məscidində bayram namazı qılınıb - VİDEO
Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bayram namazı "Təzəpir" məscidində başlanıb. Bayramı namazı Qa...