Alimlərdən koronavirusun təhlükəli mutasiyası barədə XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "AY.4.2" adlanan yeni ştamm dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha infeksion sayılır. Alimlərə görə, "AY.4.2" pandemiya dövründə ən yoluxucu koronavirusa çevriləcək", - məlumatda deyilir.
Hazırda dünyada ən çox yayılmış "delta" ştammı koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə hakim olacaq.
Oxşar xəbərlər
Rusiyada koronavirusun "delta plus" ştammı aşkarlanıb
Rusiyada koronavirusun “delta plus” ştammı aşkarlanıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Rusiya İstehlakçılarının Hüquqlarını Müdafiəsinə Nə...