Alimlər yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparıblar - FOTO

Alimlər yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparıblar - FOTO
Foto
Sosial 100

Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanının mayın 13-də püskürməsi ilə əlaqədar olaraq ETN Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları – Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və mühəndis Elmar Səmədov vulkanda tədqiqat işləri aparıblar.

BAKU.WS xəbər verir ki, ilkin araşdırmalar nəticəsində kifayət qədər aktiv olan və mütləq hündürlüyü 305 m təşkil edən palçıq vulkanının sayca 12-ci dəfə qeydə alınan püskürməsinin daha zəif olduğu aşkarlanıb.

Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının qiymətləndirmələrinə görə, Bozdağ-Güzdək palçıq vulkanının hazırkı püskürməsi nəticəsində yer səthinə çıxarılan palçıq 0,7 ha ərazini örtüb. Orta qalınlığı 0,7 m olan palçıq örtüyünün həcmi isə 5000 m3-dir. Bu, Bozdağ-Güzdək palçıq vulkanının sonuncu dəfə 2021-ci ildə baş vermiş püskürməsi ilə müqayisədə ən azı 4 dəfə kiçik göstəricidir.

Alovla müşayiət olunan püskürmə nəticəsində küləyin istiqamətinə uyğun olaraq püskürmə mərkəzindən təxminən 100 m məsafədə yeni vulkan palçığından ibarət səthlə yanaşı, həm də daha köhnə püskürmələr olan ərazilərdə ot örtüyünün xeyli yanmış əlamətləri qeydə alınıb.

Tədqiqat çərçivəsində püskürmə nəticəsində müxtəlif dərinliklərdən səthə tullanılan fərqli süxur nümunələri toplanılıb. Hazırda vizual araşdırmalar və emal prosesləri həyata keçirilir.

Oxşar xəbərlər

Son xəbərlər