Alimlər koronavirusun orqanizmdə qalma müddətini müəyyən ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Milli Sağlamlıq İnstitutunun alimləri SARS-CoV-2 virusunun bədəndə qalma müddətini müəyyən ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, araşdırmaya görə, SARS-CoV-2 virusu bədənin əksər orqanlarına, xüsusən də ürək və beyinə daxil olaraq orada yeddi aydan çox qala bilir.
Alimlər 230 günə yaxın müddətdə müxtəlif anatomik bölgələrdə apardıqları müşahidələr nəticəsində bu qənaətə gəliblər. Müşahidələr zamanı SARS-CoV-2 orqanizmin demək olar ki, hər bir orqanında aşkar edilib. Hətta yüngül simptomları olmayan xəstələrdə də virus orqanizmdə geniş yayılır.
Bununla belə, elm adamları ağciyərlərdən kənarda heç bir ciddi iltihab aşkar etmədiklərini vurğulayıblar.
Oxşar xəbərlər
Koronavirus beyinə necə təsir edir? - ARAŞDIRMA
Britaniyalı və isveçrəli bioloqlar siçanların üzərində SARS-CoV-2 koronavirusunun beyinə necə “gedib çıxdığını” araşdırıblar və virusun beyinə vurduğu zərər növ...