Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər (SİYAHI)
06
sen
2017
16:04
Azərbaycanın ali məktəblərinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı artıq başa çatıb. Adətən tələbə adını qazanmalarına baxmayaraq, bəzi abituriyentlərin qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçmədiyini müşahidə edirik.Maraqlıdır, bu il universitetlərdə vəziyyət necədir? Ali təhsil müəssisələrinin ayırdığı plan yerləri dolubmu? Qəbul olunduğu ali məktəbdə oxumaqdan imtina edən tələbələr varmı?BAKU.WS xəbər verir ki, modern.az saytı bu suallarla bir neçə özəl və dövlət universitetinə müraciət edib. Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli:“Bu il ADU-ya 1420 plan yeri ayrılıb. Birinci mərhələdə 1333 abituriyent ali məktəbimizə qəbul olunub. Onlardan 1317 nəfər qeydiyyatdan keçib, 16 nəfəri isə qeydiyyatdan keçməyib. Əlavə yerləşdirmədə 8 abituriyent qəbul olunub və 1 nəfər qeydiyyatdan keçməyib”.Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov:“2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. Universitetə 2113 nəfər qəbul olunub. Onlardan 2063 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6% yerinə yetirilib. Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6% -ni təşkil edir. Müqayisə üçün bildirim ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olub.Ötən ildən fərqli olaraq isə bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.2017-2018-ci tədris ili üçün “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanların 50,2%-i, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanların 48%-i 500 və 500-dən çox bal toplayıb.Eyni zamanda yeni tədris ilində ADPU-nun Şəki filialına 8 ixtisas üzrə 195 nəfər, Quba filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub. Universitetin 5 filialı üzrə 18 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb”.Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti:“Bu il tələbə qəbulu üçün plan yerimiz 1725 idi. Azərbaycan Memarlıq və İnşaat Universitetinə 1607 abituriyent qəbul olunub. Bu da təxminən 93,1 faiz göstəricidir. Qəbul olunan, ancaq qeydiyyatdan keçməyənlərin sayı birinci turda 20 nəfər, ikinci turda isə 4 nəfər oldu”.Qərb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüsal Məmmədov:“Builki qəbul imtahanlarında Qərb Universiteti olduqca yüksək nəticələr göstərib. Təkcə bakalavr pilləsinə 650-yə yaxın tələbə qəbul olunub. Bu, təxminən 70 faiz göstərici deməkdir. Eyni zamanda qeydiyyatdan keçməyənlər də oldu, onların sayı cəmi 45 nəfər idi”.Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev:“2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planına əsasən, Bakı Avrasiya Universitetində bakalavr səviyyəsinə plan yeri 93 faiz dolub. Bu il müxtəlif ixtisaslar üzrə universitetə 480 yer ayrılıb. Həmçinin, qeyd etməliyəm ki, 474 abituriyent universitetə qəbul olunsa da, onlardan 432 nəfər qeydiyyatdan keçib”.BAKU.WS
Oxşar xəbərlər
Abituriyentlərə son xəbərdarlıq
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeyd...