Ali məktəblərdə tədris distant olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə ali təhsil müəssisələrində 2021/2022-ci tədris ilinin distant formada başlayacağı ilə bağlı məlumatlar yayılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov "report"a açıqlama verib.
Sözçü bildirib ki, yayılan məlumatlarla bağlı onlarda məlumat yoxdur:
"Yəni mənim o məsələdən xəbərim yoxdur. Məlumatlı deyiləm".
Qeyd edək ki, koronavirus səbəbindən 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdu.
Həmin tarixdən bütün ali məktəblər distant formada tədrisi davam etdirib. Sonuncu brifinqdə dövlət rəsmiləri tərəfindən tədris ilinin ənənəvi bərpası ilə bağlı anons verilib. Tədris ilinin başlamasına iki həftədən az müddət qalır.
Oxşar xəbərlər
Bu həftə məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb. BAKU.WS xəbər verir ki, Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsi distant təhsilə keçib. Məktəbdən məl...