Albaniya KİV-in Azərbaycan gəmisinin saxlanılması barədə məlumatı feykdir

Albaniya KİV-in Azərbaycan gəmisinin saxlanılması barədə məlumatı feykdir
Sosial 62

Albaniya mətbuatının Azərbaycan gəmisinin həmin ölkənin Durres limanında saxlanılması və guya qaçaqmalçılıqla məşğul olmasına dair xəbərləri həqiqəti əks etdirmir.

BAKU.WS xəbər verir ki, bu barədə report-a neft sahəsindəki mənbələrdən bildirilib.

Saxlanılan gəminin Azərbaycana məxsus olmadığı, eyni zamanda Azərbaycanın heç bir neft qaçaqmalçılığı etmədiyi bildirilib.

“Bu xəbərlər həqiqətəuyğun deyil”, - mənbə vurğulayıb.

Qeyd edək ki, ötən gün Albaniyanın Durres limanında Liberiya bayrağı altında gəmi saxlanılıb. Həmin gəminin Yunanıstanda qaçaq yolla neft məhsulları ilə doldurulduğu, həmin məhsulların mənbəyinin Rusiya daxil olmaqla sanksiya tətbiq olunan ölkələr olduğu ortaya çıxıb. Albaniya KİV-i həmin gəminin guya Azərbaycana məxsus olmasına dair iddia irəli sürmüşdü.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər