Ağdamda fəaliyyət göstərən pendir sexində nöqsanlar aşkarlanıb
08
avq
2025
17:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonu, Zəngişalı kəndində fəaliyyət göstərən Babək Kamil oğlu Bayramova məxsus pendir sexində plandankənar yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilir ki, baxış zamanı müəssisənin döşəmə səthlərinin təmirsiz olduğu, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, təmizlik və dezinfeksiya işlərinin həyata keçirilmədiyi müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...