Ağ şəhərdə fəaliyyət göstərən kafe biznesi satılır - QİYMƏT

Ağ şəhərdə fəaliyyət göstərən kafe biznesi satılır - QİYMƏT
Sosial 1195

Bakının Ağ şəhər yaşayış kompleksində, çoxmərtəbəli binaların yerləşdiyi kvartalda fəaliyyət göstərən tam hazır kafe biznesi satışa çıxarılıb.

BAKU.WS Valyuta.az-a istinadən xəbər verir ki, hazır biznesin start satış qiyməti 120 000 manatdır. 

Artıq 9 aydır fəaliyyət göstərən ictimai iaşə obyektinin sabit müştəri axını və qurulmuş tərəfdaşlıq əlaqələri mövcuddur.

Ümumi sahəsi 100 kvadratmetr olan kafe, əlavə anbar sahəsi ilə birlikdə təklif olunur. Müəssisənin daimi işçi heyəti, bütün avadanlıqları və mebelləri ilə birgə təhvil verilməsi nəzərdə tutulub. Eyni zamanda aktiv sosial media səhifələri mövcuddur və müştəri əlaqələri davam etdirilir. Kafedə 8 masa yerləşdirilib.

Aylıq icarə haqqı 2 500 manat təşkil edir. Əlavə olaraq anbardan istifadə üçün 200 manat və kommunal xərclər ödənilir.

Ətraflı məlumat almaq üçün maraqlanan şəxslər 055 669 77 23 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər