"Ağ Saray" şadlıq sarayının rəhbərliyi cərimələndi

Ağ Saray şadlıq sarayının rəhbərliyi cərimələndi
Sosial 433

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, F.Əmirov küçəsində fəaliyyət göstərən "Ağ Saray" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, sıxlıq normalarının gözlənilmədiyi, həmçinin şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər